Türkiyəli müğənni Fatih Yürək Bodrumdakı 5 mərtəbəli malikanəsini satmaq qərarına gəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, TV8-də yayımlanan 2-ci Səhifə proqramında qonaq olan Fatih Yürək canlı yayımda malikanəsinin dəyərinin 102 milyon TL (təxminən 6 milyon manatdan çox) olduğunu öyrənib.
Evinin qiymətini biləndən sonra təəccüblənən müğənni bildirib ki, evi Bodrumun ən gözəl yerindədir. O, evini əşyalarla da verə biləcəyini qeyd edib.
Aygün
Manşet.az