Ərdoğan da Qranada görüşündən imtina etdi

14:37 - 04 Oktyabr 2023

Ərdoğan da Qranada görüşündən imtina etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın soyuqdəyməsi səbəbiylə bugünkü AK Partiya Qrup Toplantısı və İspaniyaya səfəri ləğv edilib.

 

Manset.az azxeber.com-a istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğanın xəstəliyi səbəbindən AK Partiya qrup toplantısı və İspaniyaya səfəri təxirə salınıb. 

Dünən qatıldığı tədbirdəki çıxışından sonra Ərdoğanın səsindəki dəyişiklik səbəbiylə soyuqladığı məlum olub.

Qeyd edək ki, Ərdoğan Qarabağ məsələsinin müzakirə ediləcəyi Avropa Siyasi Birliyinin sammitində iştirak etməli idi. 

Digər tərəfdən, Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-də planlaşdırılan beştərəfli görüşdən imtina edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az