70 yaşlı aktyorun səhhəti pisləşdi: Xəstəxanaya yerləşdirildi - FOTO

10:44 - 05 Oktyabr 2023

70 yaşlı aktyorun səhhəti pisləşdi: Xəstəxanaya yerləşdirildi - FOTO

Məşhur aktyor Turgay Tanülkü xəstəxanaya yerləşdirilib.

 

Manset.az xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkə hesabında bildirib.

O, 70 yaşlı aktyorun qəfildən halının pisləşdiyini və Ankaradakı xəstəxanalardan birinə yerləşdirildiyini qeyd edib:

"Onunla bağlı çox kədərli xəbər aldım. Səhhətində yaranan narahatlığa görə Ankaranın ən məşhur xəstəxanalarından birinə yerləşdirilib. Çox təəssüfləndim. Çünki onunla dostluğum Bakıdan başlamışdı. Onu şəhəri gəzdirmişdim. Öz əllərimlə ona plaş da tikmişdim. Ankarada olanda da o məşhur aktyorla görüşdüm. Yəqin söhbətin kimdən getdiyini bildiniz.

Türkiyənin məşhur aktyoru Turqay Tanülküdən danışıram. Turgay Tanülkü yeganə və ilk aktyordur ki, Türkiyənin 8 bölgəsindəki həbsxanalarda məhbusların asudə vaxtının səmərəli təşkili üçün məhkumlardan ibarət teatr qrupları yaradıb. Və o qruplar bu gün də fəaliyyət göstərirlər. Turqay Tanülkü mərhəmətli insandır. Heç vaxt evlənməyən aktyor 53 uşağın mənəvi atasıdır. Allah sənə şəfa versin, əziz Baba, tez sağal!"


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az