İngiltərənin paytaxtı Londonda bir şirkət idarəçiliyində çalışan Mark Brosnan şok edici bir hadisə ilə ölkənin gündəminə çevrilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, disk yırtığına görə işlədiyi şirkətdən xəstəlik məzuniyyətinə çıxan Brosnan vacib məlumatlarının ötürüldüyü WhatsApp qrupundan uzaqlaşdırılıb.
Hadisədən sonra məhkəməyə müraciət edən Brosnan haqlı bilinərək qrupdan uzaqlaşdırılmasının ədalətsiz olduğuna qərar verib.
Məhkəmədə ifadə verən Brosnan 2019-cu ilin iyununda disk yırtığından əziyyət çəkdiyini və 2020-ci ilin fevralında 15 günlük xəstəlik məzuniyyəti aldığını bildirib.
Brosnan iş yerinin onun təkliflərinə məhəl qoymadığını və qayıtdıqdan sonra "son dərəcə depressiyaya düşdüyünü" söyləyib.
Daha sonra Brosnanın belindəki diskləri bir daha zədələnib və bu zədənin ona vəd edilən ehtiyat tədbirlərinin alınmamasından qaynaqlandığını iddia edib.
2021-ci ilin avqustunda keçirilən görüşdə Brosnan WhatsApp qrupundan çıxarıldığını öyrənib. Brosnan 2021-ci ilin dekabrında şirkətdəki rəhbərlərdən şikayətinə heç bir cavab almadıqdan və tam xəstəlik məzuniyyəti ödənişini ödənilməməsindən sonra şirkəti tərk edib.
Məhkəmə Brosnana şirkətin "tamamilə əsassız" davranışına görə 134,411 funt sterlinq təzminat təyin edib və işəgötürəninin işə qayıtmasına kömək etmək üçün "sözün əsl mənasında heç nə etmədiyini" bildirib.
Bura"emosional zərər" üçün 15,000 funt sterlinq, şəxsi zədə üçün 7,000 funt sterlinq və gələcək qazancların itirilməsi üçün 25,000 funt sterlinqdən çox pul daxil edilib.
Aygün
Manşet.az