Zimbabvedə vəbadan ölənlərlərin sayı artır

18:13 - 05 Oktyabr 2023

Zimbabvedə vəbadan ölənlərlərin sayı artır

Zimbabvedə nəzarət altına alına bilməyən vəba epidemiyasında ölənlərin sayı artır.


Manset.az xəbər verir ki, bu barədə Zimbabve Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, fevral ayından bəri epidemiya başlayandan bəri 5 mindən çox şübhəli hadisə aşkar edilib, 100-dən çox şübhəli ölüm qeydə alınıb.

Xəstəliklərin artması bu həftə davam edərkən, testlər nəticəsində 30 ölüm və 905 hadisənin vəba səbəbiylə olduğu təsdiqləndi.

Gigiyena şərtlərinə əməl edilmədikdə sürətlə yayılan vəba 2008-2009-cu illərdə ölkədə 4 mindən çox insanın ölümünə səbəb olub.

“Vibrio” bakteriyasının törətdiyi və qida və su ilə yoluxan vəba orqanizmdə şiddətli ishal və susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa ölümcül ola bilər.

Təmiz suya olan ehtiyacın ödənilməməsi və təcili və effektiv tibbi müdaxilənin təmin edilməməsi xəstəlik və ölüm riskini artırır.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az