Qranadada dördtərəfli görüş keçirildi

19:32 - 05 Oktyabr 2023

Qranadada dördtərəfli görüş keçirildi

Ermənistan Baş naziri Nikol Paşinyan İspaniyada Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şolts ilə görüşüb.

 

Manset.az xəbər verir ki, dördtərəfli görüş Qranadada keçirilən 3-cü Avropa Siyasi İcması sammiti çərçivəsində baş tutub.

Qeyd edək ki, Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina edib və Prezident İlham Əliyev Qranadaya getməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az