Çinin Quansi-Çjuan rayonunda helikopter qəzaya uğrayıb.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
Bildirilib ki, ölən şəxs hava nəqliyyatının pilotudur. Yaralanan üç nəfər isə özəl şirkətlərdən birinin əməkdaşlarıdır.
Faktla bağlı araşdırma aparılır.