Təyyarə uçuş-enmə zolağına enərkən partladı – 2 nəfər öldü

10:16 - 06 Oktyabr 2023

Təyyarə uçuş-enmə zolağına enərkən partladı – 2 nəfər öldü

Braziliyada iki mühərrikli “Beechcraft King Air” tipli təyyarə uçuş-enmə zolağına enərkən yan üstə düşüb və partlayıb. 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində pilot və hava limanının texniki işçisi olan iki nəfər ölüb.

Beləki, təyyarənin qanadı uçuş zolağına çırpıldıqdan sonra pilot idarəetməni itirib. Təyyarə uçuş-enmə zolağında sürüşməyə davam edib və partlayıb. Baş verən qəza zamanı 42 yaşlı pilot Fernando Kawahata Barreto və adı açıqlanmayan 58 yaşlı hava limanının texniki işçisi həlak olub. Təyyarədə olan iki qardaş təyyarə partlamamışdan əvvəl çıxa bildikləri üçün qəzadan yüngül xəsarətlərlə xilas olublar. Yerli mənbələr təyyarənin iki qardaşdan birinə aid olduğunu bildirib.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az