Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT-nin Uşaq Fondu (UNICEF) və London Gigiyena və Tropik Tibb Məktəbi vaxtından əvvəl doğuşlarla bağlı araşdırma edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmaya görə 2020-ci ildə dünyada təqribən 13,4 milyon körpə vaxtından əvvəl doğulub.
"Son on ildə dünyanın heç bir regionunda vaxtından əvvəl doğuşların sayında ciddi azalma müşahidə olunmayıb. 2010-2020-ci illər arasında erkən doğuşların qlobal azalması cəmi 0,14 faiz təşkil edib. 2020-ci ildə 13,4 milyon körpə vaxtından əvvəl (hamiləliyin 37 tam həftəsindən əvvəl) doğulub ki, bu da bütün canlı doğumların təxminən 10-dan 1-ni təşkil edir”.
Erkən doğuşların uşaqların ilk yaşlarında ölüm hallarının əsas səbəbi olduğu bildirilib. Hesabatda qeyd olunub ki, vaxtından əvvəl doğulanların yetkin yaşda ağır xəstəliklərə, əlilliyə, inkişafda geriləmələrə, həmçinin şəkərli diabet və ürək çatışmazlığı kimi xroniki xəstəliklərə tutulma ehtimalı yüksəkdir.
Hesabatda 2010-2020-ci illər arasında vaxtından əvvəl doğuşlarla bağlı dərc edilən təxmin və tendensiyaların ölkələr və bölgələr arasında böyük bərabərsizliklər ortaya çıxarıb.
Hesabatda erkən doğumun yalnız aşağı və orta gəlirli ölkələrdə görülən bir problem olmadığı və bu vəziyyətin bütün dünyada ailələrə təsir etdiyi açıqlanıb.
Aygün
Manşet.az