Vaqner lideri Yevgeni Priqojinin təyyarəsi qəzaya uğradıqdan sonra onun ölümü ilə bağlı bir çox iddialar və sui-qəsd nəzəriyyələri gündəmə gətirildi.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ABŞ-ın “təyyarənin vurulduğuna inanırıq” iddiasına qarşı susqunluğunu pozub və təyyarə qəzasının səbəbini açıqlayıb.
Rusiya lideri Priqojinin təyyarəsinin əl qumbaraları ilə partladıldığını və ölənlərin cəsədlərində qumbara parçaları tapıldığını bildirib. Putin istintaqda təyyarəyə heç bir xarici hücumun aşkar edilmədiyini qeyd edib:
“Təəssüf ki, qurbanların qanında spirt və ya narkotik maddə olub-olmadığını müəyyən etmək üçün heç bir müayinə aparılmayıb. Baxmayaraq ki, Sankt-Peterburqda şirkətdə baş verən məşhur hadisələrdən sonra Vaqnerin baş ofisində nəinki 10 milyard rubl (100 milyon dollar) nağd pul, hətta 5 kiloqram kokain də tapıldığını bilsək də. Məncə, bu baxış aparılmalı idi, amma edilməyib. Təyyarəyə heç bir xarici təsir olmayıb. Bu, artıq sübut olunmuş faktdır”.
Qeyd edək ki, Vaqner liderini və daha səkkiz nəfəri daşıyan şəxsi təyyarə avqustun 23-də Moskvanın şimalında qəzaya uğrayıb, sərnişinlər və ekipaj üzvləri arasında sağ qalan olmayıb.
Aygün
Manşet.az