ABŞ Şimali Koreya prezidenti Kim Çen Inın Rusiya prezidenti Vladimir Putinlə görüşü ilə bağlı açıqlama verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Şimali Koreyanın Rusiyaya artilleriya göndərməyə başladığını iddia edib. ABŞ rəsmisinin sözlərinə görə, transferin uzunmüddətli tədarük zəncirinin yoxsa məhdud göndərişin bir hissəsi olduğu və Şimali Koreyanın silah müqabilində Moskvadan nə aldığı hələlik məlum deyil.
Rusiyadakı kritik görüşdən sonra Şimali Koreyanın Rusiyaya silah və sursat dəstəyi verəcəyi, Rusiyanın isə Şimali Koreyaya kosmik texnologiya və nüvə texnologiyası sahəsində məlumat verməsi gözlənilirdi.
Aygün
Manşet.az