Rusiya prezidenti Vladimir Putin Soçidə keçirilən Beynəlxalq Valday Klubunun toplantısında cari məsələlərlə bağlı sualları cavablandırıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Putin açıqlamasında Qərbin Hindistanı Rusiyadan uzaqlaşdırmaq cəhdlərinin mənasız olduğunu bəyan edib.
Putin, “Qərb onun monopoliyasına qarşı çıxan hər kəsi özünə düşmən etməyə çalışır, hər kəs risk altındadır, hətta Hindistan da. Lakin Hindistan administrasiyası öz millətinin maraqlarına uyğun olaraq müstəqil hərəkət edir” deyib.
Rusiya prezidenti Hindistanın baş nazir Narendra Modinin rəhbərliyi altında getdikcə daha da gücləndiyini qeyd edib.
Putin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) islahatların aparılmasının zəruriliyinə diqqət çəkib. Hindistan, Braziliya və Cənubi Afrika kimi ölkələrin “qlobal blokda” daha çox təmsil olunmağa layiq olduğunu bildirib.
Aygün
Manşet.az