Devid Bekhem Netflix-də nümayiş etdirilən həyatından bəhs edən sənədli film ilə gündəmə gəlməkdə davam edir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, David Beckham haqqında danışan həyat yoldaşı Viktoriya Bekhem "İkimiz də zəhmətkeş ailələrdənik. Ailədə hər kəs çox işləyir. Biz fəhlə ailələrindənik" deyib.
Bu zaman Devid Bekhem otağa daxil olaraq söhbətə müdaxilə edib.
Devid Bekhem müsahibənin keçirildiyi otağa girərək:"Dürüst ol. Atan səni hansı maşınla məktəbə aparardı? Bircə cavab ver, atasının maşınının markası nədir?”, - deyib.
Dürüst olduğunu deyən Viktoriya Bekhem "Atamın 80-ci illərdə Rolls Royce avtomobili var idi" deyə cavab verib. Devid Bekhem ona təşəkkür edərək otağı tərk edib.
Aygün
Manşet.az