Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 13-də Bişkekdə keçiriləcək MDB sammitində xüsusi vasitələrlə iştirak edə bilər.
Manset.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib .
“Paşinyan ora gedəcək, ya yox, bilmirəm. Fikrimcə, bunun videokonfrans vasitəsilə olacağı barədə məlumatlar var”, - Rusiya prezidentinin köməkçisi MDB-nin Bişkek sammitində Rusiya prezidenti Vladimir Putinlə Paşinyan arasında görüşün planlaşdırılıb-planlaşdırılmaması sualını cavablandırarkən deyib.