HƏMAS-ın İsrailə hücumu nəticəsində ölənlərin sayı artmaqdadır - YENİLƏNDİ

23:16 - 07 Oktyabr 2023

HƏMAS-ın İsrailə hücumu nəticəsində ölənlərin sayı artmaqdadır - YENİLƏNDİ

“HƏMAS”ın İsrailə qarşı genişmiqyaslı hücumları nəticəsində 200-dən çox yerli sakin ölüb.

 

Manset.az xəbər verir ki, İsrail ərazisinə atılan 3 mindən çox raket 1 452 nəfərin xəsarət almasına səbəb olub.

İsrail Səhiyyə Nazirliyi bildirib ki, hazırda 18 nəfərin vəziyyəti çox ağır, 267-sinin ağır, 279-nun orta ağır, 636 yaralının vəziyyəti isə yaxşıdır.

Qeyd olunub ki, 22 müxtəlif yerdə terrorçular mülki şəxslərə və əsgərlərə hücum ediblər. Hazırda mövcud vəziyyətlə bağlı ehtiyatda olan hərbçilər yenidən ordu sıralarına çağırılır.

***

“HƏMAS”ın İsrailə hücumu nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb.

Manset.az xəbər verir ki, hadisə nəticəsində 1 104 yerli sakin yaralanıb.

Qeyd olunub ki, ölənlərin sayının daha da artacağı gözlənilir.

***

HƏMAS-ın İsrailə hücumu nəticəsində 100 nəfər ölüb.

Manset.az “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində yaralananların sayı 900 nəfərə çatıb.

Məlmatda çox sayda girovun Qəzzaya aparıldığı da bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az