ABŞ Çinə qarşı Filippinə dəstək oldu

13:50 - 23 Oktyabr 2023

ABŞ Çinə qarşı Filippinə dəstək oldu

Birləşmiş Ştatlar Cənubi Çinin mübahisəli sularında Filippin Sahil Mühafizəsinin gəmisi və orduya aid təchizat gəmisinə çırpılan Çin Sahil Mühafizəsi gəmisinin "təhlükəli və qanunsuz hərəkətlərinə" qarşı Filippinin yanında olduğunu açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti yazılı açıqlama verib.

Filippin Xarici İşlər Nazirliyinin sözçüsü Teresita Daza mətbuat konfransında verdiyi açıqlamada Çinin Maniladakı səfirinin Çin Sahil Mühafizəsinin “qanunsuz, təhlükəli və təxribatçı” hərəkətindən sonra nazirliyə çağırıldığını bildirib.

Daza qeyd edib ki, Çin səfiri şəhər xaricində olduğu üçün müvəqqəti işlər vəkili ilə görüş keçirilib və Filippinin məsələ ilə bağlı mövqeyi çatdırılıb.

Əfsanə

Manşet.az

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az