Böyük Britaniyanın elm, texnologiya və innovasiyalar naziri Mişel Donelanın parlamentdəki şəxsi katibi Pol Bristov Qəzzada atəşkəs çağırışı etdiyi səbəbilə vəzifəsindən azad edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bristovun vəzifəsindən azad edilməsinə səbəb "kollektiv məsuliyyət prinsiplərinə uyğun olmayan şərhlər" etdiyi qeyd olunub.
Onun Böyük Britaniyanın baş naziri Rişi Sunak tərəfindən tutduğu vəzifədən azad edildiyi açıqlanıb.
Bristov BBC-yə açıqlamasında "Baş nazirin qərarını tam başa düşürəm və zövq aldığım işi tərk etdiyim üçün üzgünəm. Lakin indi bir çox seçicilərimin dərindən maraqlandığı bir məsələ haqqında açıq danışa bilərəm. Bunu hökumətdən maaş alaraq deyil, arxa sıralardan daha yaxşı edə biləcəyimə inanıram”, - deyib.
Qeyd edək ki, Bristov keçən həftə baş nazir Sunaka yazdığı məktubda daimi atəşkəsin insanların həyatını xilas edəcəyini və humanitar yardımın ən çox ehtiyacı olanlara çatmasını təmin edəcəyini söyləyib.
Əfsanə
Manşet.az