Almaniyada məscidlərə nifrət məktubları göndərildi

11:22 - 31 Oktyabr 2023

Almaniyada məscidlərə nifrət məktubları göndərildi

Almaniyada Türk və müsəlman əhalinin sıx yaşadığı Şimali Reyn Vestfaliya əyalətində üç məscidə yandırılmış Quran göndərilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hədəf alınan məscidlərin poçt qutularına naməlum şəxslər tərəfindən oxşar məzmunlu nifrət məktubları yerləşdirilib.

Məktublarda yandırılmış Quran səhifələri, it nəcisi və təhqiramiz sözlər qeyd olunub.

Məscidlər Birliyi Başçıları baş verənlərlə bağlı polisə məlumat verib və camaata təxribatlara qapılmamaq barədə xəbərdarlıq edilib.

Məktublarla bağlı “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək” maddəsi ilə araşdırma başlanıldığı bildirilib.

Əfsanə,

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az