ABŞ-da kremasiya ilə məşğul olan bir şirkət iqtisadi çətinliklərə görə 189 cəsədi yandırmayıb və ailələrinə saxta kül göndərib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, şirkətə verilən cəsədlər 3 il çürüməyə buraxılıb.
Səlahiyyətlilər ətrafa yayılan pis qoxu ilə bağlı şikayətlərdən sonra oktyabrın 4-də “Təbiətə Qayıdış” adlı şirkətdə araşdırma başladıb.
Araşdırmalar nəticəsində 189 çürümüş meyit aşkar edilib.
Axtarış işlərinin davam etdiyinə və sayının arta biləcəyinə işarə edən səlahiyyətlilər, cəsədlərin şəxsiyyətləri müəyyən edildikdən sonra ailələrə məlumat veriləcəyini qeyd edib.
Əfsanə
Manşet.az