İsrailin 26 gündür bombardman etdiyi Qəzzada bu səhər internet və rabitə xidmətləri yenidən kəsilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Fələstinin Telekommunikasiya Şirkəti Paltel səhər saatlarında Qəzza zolağında rabitə və internetin tamamilə kəsildiyini açıqlayıb.
Şirkətin sosial şəbəkə X platformasında yaydığı bəyanatda deyilir: “Təəssüflə bildiririk ki, Qəzza zolağında əvvəllər qoşulmuş beynəlxalq şəbəkənin yenidən kəsilməsi ilə əlaqədar bütün rabitə və internet xidmətləri tamamilə kəsilib”.
Paltel şirkəti oktyabrın 27-də İsrailin hücumları nəticəsində Qəzzada kəsilən rabitə və internet xidmətinin mərhələli şəkildə bərpa olunduğunu açıqlayıb.
Əfsanə
Manşet.az