İngiltərə kralı III Çarlz Keniyanın İngiltərəyə qarşı müstəqillik mübarizəsi zamanı törədilən vəhşilikləri qəbul etdiyini bildirib.
Manset.az-ın xaricvi mediaya istinadən məlumatına görə, III Çarlz bunu Keniya prezidenti Uilyam Ruto ilə Nayrobidə təşkil edilən ortaq mətbuat konfransındaki çıxışında vurğulayıb.
Kral Çarlz müstəqillik və suverenlik uğrunda mübarizə aparan keniyalılara qarşı edilənləri "iyrənc, ədalətsiz zorakılıq hərəkətləri" kimi xarakterizə edib və bildirib ki, bunun heç bir bəhanəsi yoxdur.
Digər tərəfdən, Kral III Çarlz keçmiş səhvlərin ən böyük kədərlərin və ən dərin təəssüflərin səbəbi olduğunu qeyd edib.
Keniya prezidenti Ruto Kral III Çarlzın bəyanatlarını alqışlayıb.
Qeyd edək ki, Keniya İnsan Haqları Komissiyası Kral III Çarlzı Britaniyanın müstəmləkə dövründə Keniya vətəndaşlarına qarşı qeyri-insani davranışlarına görə üzr istəməyə çağırmışdı.
Beləki, 1800-cü illərin sonlarına doğru Keniyanın ingilislər tərəfindən işğalı ölkə xalqının taleyini dəyişib.
1950-ci ildə İngiltərə müstəmləkə idarəsinin tətbiqlərinə qarşı çıxaraq üsyana başlayan "Mau Mau" hərəkatı Keniyanın müstəqilliyinə böyük töhfə verib. Rəsmi rəqəmlərə görə, 1952-1956-cı illər arasında Keniyada Mau Mau müqaviməti zamanı 11.505 müqavimət döyüşçüsü öldürülüb, hərəkatı dəstəkləyən əksəriyyəti mülki vətəndaşlardan ibarət 5000-dən çox insan həbs edilib.
Əfsanə
Manşet.az