Pakistan və Hindistan əsgərlərinin Cammu və Kəşmir sərhəddində bir-birlərinə atəş açıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Hindistanın Cammu və Kəşmir bölgəsinin sərhəd nöqtəsindən gələn pilotsuz təyyarə Pakistanın Sialkot şəhəri sərhədinə girməyə cəhd edərkən Pakistan təhlükəsizlik qüvvələri tərəfindən vurulub.
İki ölkə əsgərlərinin bir-birinə atəş açması nəticəsində ölən olmayıb.
Pakistan ordusundan verilən açıqlamada Pakistan təhlükəsizlik qüvvələrinin Hindistan əsgərlərinin səbəbsiz atəşə tutulmasına cavab verdiyi bildirilib.
Qeyd edək ki, İngiltərə 1947-ci ildə müstəmləkə kimi idarə etdiyi Hindistandan çəkildiyi zaman knyazlıq olan Kəşmir yeni müstəqillik əldə etmiş Hindistan və ya Pakistanla birləşmə seçimi qarşısında qalıb. Əhalisinin 90 faizi müsəlman olan Kəşmir xalqı 1947-ci ildə Pakistanın tərkibinə qatılmasının tərəfdarı olsa da, dövrün şahzadəsi Hindistanla birləşməyə qərar verib. Qərara Kəşmirin müsəlman xalqı etiraz edib. Tərəflər ilk dəfə 1947-ci ildə Pakistan və Hindistanın bölgəyə qoşun yeritdiyi vaxt döyüşüb. 1965 və 1999-cu illərdə də eyni səbəbdən iki ölkə arasında münaqişə baş verib. Müharibələrdən sonra müvəqqəti atəşkəs nəticəsində Cammu və Kəşmirin 45 faizi Hindistanın, 35 faizi isə Pakistanın nəzarətində qalıb. Bölgənin şərqindəki 20 faiz qonşu Çinə verilib.
Əfsanə
Manşet.az