Çoxarvadlılığa son - Prezident dəyişiklikləri imzaladı

21:39 - 01 Noyabr 2023

Çoxarvadlılığa son - Prezident dəyişiklikləri imzaladı

Özbəkistan prezidenti Şavkat Mirziyoyev qanunvericiliyə çoxarvadlılığın təşviqinə görə inzibati məsuliyyətin tətbiqini nəzərdə tutan dəyişiklikləri imzalayıb.

 

Manset.az xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Dəyişikliklərə əsasən, iki və ya daha çox qadınla birgə yaşamağa təşviq etmə, bu cür məzmunlu fikir, ideya və ya müraciət yayma, habelə bu cür hərəkətləri təşviq etmə cərimə və ya inzibati həbsə səbəb olacaq”, Ədliyyə Nazirliyinin açıqlamasında deyilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az