Ermənistanın Milli Təhlükəsizlik Xidməti dövlət qurumlarının binalarını ələ keçirməyi planlaşdıran cinayətkar dəstənin üzvlərini saxlayıb.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.
Bildirilir ki, 5 nəfər və şəxsiyyəti hələ təyin edilməyən bir neçə şəxs 2023-cü il ərzində terror aktlarına hazırlıqla məşğul olub.
Məlumata görə, onlar partlayışlar törədərək dövlət orqanlarının işinə mane olmaq istəyib.