Dünyanın ən məşhur sosial şəbəkələrindən biri olan “Instagram” yeni funksiya üzərində işləyir.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu süni intellektlə dəstəklənən virtual dost yaratma funksiyasıdı.
Bu funksiya ilə istifadəçilər artıq istədikləri şəxsiyyətlə dost yarada və onunla söhbət edə biləcəklər.
Həmçinin Instagram-ın bu xüsusiyyəti sayəsində insanlar süni intellektli robotlarla dostluq edə biləcəklər.
Bu xüsusiyyət insanın süni intellektlə əlaqəsindən bəhs edən Joaquin Phoenix-in baş rolda oynadığı "Onun" filmini yada salıb.

Belə ki, filmdə Teodor Tvimbli obrazını canlandıran Joaquin Phoenix, yeni əməliyyat sistemi süni intellektlə dəstəklənən bir sistemdə mükəmməl bir süni intellekt proqramı təklif edərkən onu son dərəcə cazibədar qadın Samanta ilə tanış edir.
Virtual varlıq olan və səsdən başqa bir şey olmayan Samanta dünya və həyatla bağlı verdiyi suallarla Teodoru tamamilə fərqli bir reallıqla tanış edirsə, filmdə insan və süni intellekt arasındakı əlaqəyə diqqət yetirilir.
Jalə
Manşet.az