8 sülhməramlı yaralandı

21:07 - 02 Noyabr 2023

8 sülhməramlı yaralandı

Malidə BMT sülhməramlılarına məxsus zirehli maşın minaya düşüb.

 

Manset.az xəbər verir ki, bu barədə sülhməramlıların "X" hesabında məlumat yayılıb.

Hadisə nəticəsində səkkiz sülhməramlı yaralanıb.

“Bizim karvandakı zirehli avtomobil Qaoya (Mərkəzi Malinin şimal-şərqində yerləşən şəhər - red.) gedərkən əldəqayırma partlayıcı qurğu ilə partladılıb. Səkkiz sülhməramlı yaralanıb və onlar Qaoya təxliyə ediliblər”, - deyə məlumatda bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az