Cahit Bağçı Qənirə Paşayevadan danışdı

23:06 - 03 Noyabr 2023

Cahit Bağçı Qənirə Paşayevadan danışdı

Qənirə Paşayeva Türk dünyasını çox sevirdi. Onun Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr etdiyi “Addım-addım Türkiyə” sənədli filmi Türkiyənin tanıdılmasına bir töhfədir.

 

Manset.az xəbər verir ki, bunu Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı mərhum deputat Qənirə Paşayevanın Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr etdiyi “Addım-addım Türkiyə” sənədli filminin təqdimat mərasimində deyib.

Qənirə Paşayevanı hələ 2008-ci ildən tanıdığını deyən C.Bağçı onun Türk dünyasına çox bağlı olduğunu, hər bir türk üçün narahat olduğunu diqqətə çatdırıb.

Mərhum deputata Allahdan rəhmət diləyən diplomat deyib: “Qənirə Paşayeva Türk dünyasının cəsur qadını idi. O, az ömür sürsə də, üç insan ömrünə bərabər işlər görərək özündən sonra iz qoyub getdi”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az