Moskva hava limanlarında miqrantlardan barmaq izi götürüləcək

09:55 - 04 Noyabr 2023

Moskva hava limanlarında miqrantlardan barmaq izi götürüləcək

Rusiyanın Daxili İşlər Nazirliyi yaxın vaxtlarda Moskva şəhərinin hava limanlarında ölkəyə gələn miqrantlardan barmaq izlərinin götürülməsinə başlayacaq.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya DİN-in miqrasiya məsələləri üzrə Baş idarəsinin rəisi Valentina Kazakova açıqlayıb. 

“Moskva rəhbərliyinin təklifləri nəzərə alınaraq, düşünürəm ki, yaxın zamanlarda bu təcrübəni həyata keçirməyə başlayacağıq. Barmaq izləri barədə məlumat və fotolar Rusiyaya öz şəxsi məlumatlarını dəyişən miqrantların daxil olmasının qarşısını almağa kömək edəcək”, - deyə Kazakova qeyd edib. 

Onun sözlərinə görə, Rusiyada 6,5 milyon əcnəbi var və onların 4 milyonu barmaq izinin götürülməsi prosedurundan keçib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az