Türkiyədə CHP-yə yeni sədr seçildi - FOTO

09:15 - 05 Noyabr 2023

Türkiyədə CHP-yə yeni sədr seçildi - FOTO

Türkiyənin Cumhuriyyət Xalq Partiyasının (CHP) 38-ci növbədənkənar qurultayında başqan seçimi ikinci tura qalıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iki namizəddən birinin lazımı səsi toplamadığından seçkilərin ikinci turu keçiriləcək.

Bildirilib ki, səsvermə zamanı 1366 konqres nümayəndəsi 23 seçki qutusunda öz seçimini edib. Qeydə alınan 1366 nümayəndədən 682-si Özgür Özelə, 664-ü isə Kamal Kılıçdaroğluna səs verib.

Qeyd edək ki, CHP-nin hazıki sədri Kamal Kılıçdaroğludur.

***

Türkiyənin Cumhuriyyət Xalq Partiyasının qurultayında yeni başqan bəlli olub.

Özgür Özel CHP-nin yeni sədri seçilib.

O, qurultayın ikinci turunda 812 səs toplayaraq rəqibi, partiyanın hazırki sədri Kamal Kılıçdaroğluna qalib gəlib.

K. Kılıçdaroğlu isə 536 səs toplayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az