Türkiyədə SEL FƏLAKƏTİ: ölənlərin sayı artdı - YENİLƏNDİ

19:13 - 05 Noyabr 2023

Türkiyədə SEL FƏLAKƏTİ: ölənlərin sayı artdı - YENİLƏNDİ

Türkiyənin Aydın vilayətində leysan yağışları selə səbəb olub.

 

Manset.az xəbər verir ki, Söke, Koçarlı və Karpuzlu rayonlarında çaylar daşıb, yaşayış məntəqələrini su basıb.

Məlumata əsasən, Söke rayonunda 3 nəfər sel nəticəsində ölüb, 1 nəfər isə iktin düşüb.

Seldən zərər çəkmiş bölgələrə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), jandarma və polis əməkdaşlarının cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, bundan əvvəl hadisə nəticəsində 2 nəfərin ölməsi barədə məlumat verilib.

***12:24

Türkiyənin Aydın vilayətində sel nəticəsində 2 nəfər ölüb.

 

Manset.az xəbər verir ki, ötən gecədən başlayan güclü yağış Söke, Koçarlı, Karpuzlu və Çine rayonlarında selə səbəb olub.

Məlumata əsasən, sel nəticəsində iki nəfər iktin düşüb. Onların axtarışları davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az