Quru əməliyyatı başlayandan bəri Qəzzada ölən israilli əsgərlərin sayı AÇIQLANDI

09:32 - 06 Noyabr 2023

Quru əməliyyatı başlayandan bəri Qəzzada ölən israilli əsgərlərin sayı AÇIQLANDI

Quru əməliyyatı başlayandan sonra Qəzza zolağında radikal HƏMAS hərəkatına qarşı döyüşlər zamanı həlak olan İsrail əsgərlərinin sayı 30-a çatıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti İsrail Müdafiə Qüvvələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, İDF-nin 401-ci Zirehli Batalyonunun 22 yaşlı çavuşu noyabrın 5-də Qəzzada gedən döyüşlər zamanı həlak olub və bununla da quru əməliyyatının başlanmasından bəri həlak olan İsrail əsgərlərinin ümumi sayı 30-a çatıb.

O da bildirilir ki, son 24 saat ərzində Qəzzada gedən döyüşlər zamanı İsrail ordusunun paraşütçü briqadasının 202-ci batalyonunun əsgəri ağır yaralanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az