İrandan Vaşinqtona "Qəzza" mesajı: “Atəşkəs olmasa, ABŞ ağır zərbə alacaq”

13:42 - 06 Noyabr 2023

İrandan Vaşinqtona \"Qəzza\" mesajı: “Atəşkəs olmasa, ABŞ ağır zərbə alacaq”

İranın müdafiə naziri Məhəmməd Rza Aştiani Qəzzada atəşkəs olmadığı təqdirdə Amerikanın ağır zərbə alacağını bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Aştiani açıqlamasında "Amerikalılara tövsiyəmiz odur ki, Qəzzada müharibəni mümkün qədər tez dayandırsınlar və atəşkəs tətbiq etsinlər, əks halda onlara ağır zərbə vurulacaq", ifadələrinə yer verib.

Qeyd edək ki, ABŞ-ın İsrailə qeyd-şərtsiz dəstəyindən sonra İranın dəstəklədiyi silahlı birləşmələr Vaşinqtonun İraq və Suriyadakı hərbi bazalarına hücum edib. İranın dəstəklədiyi Hizbullahın lideri Həsən Nəsrullah da ABŞ-a qarşı hücumları artıracaqlarını açıqlayıb.

Əfsanə

Manşet.az

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az