Türkiyəli 78 yaşlı usta aktrisa Zerrin Sümer 22 il birlikdə yaşadığı sevgilisi ilə 8 ay əvvəl evləndiyini etiraf edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, aktrisa bunu Gökay Kalaycıoğlu ilə 360 dərəcə verilişində deyib.
Şəxsi həyatından danışan ustad aktyor, "7-8 ay əvvəl ailə qurdum. Kimsənin xəbəri olmadı, çünki bunları söyləməm. İllər əvvəl İstanbulda yaşayarkən bir gecə çox xəstələndim və telefona belə gedə bilmədim. O vaxt telefonlar çox deyildi. Öz-özümə dedim ki, belə olmaz. Oğluma deyəsən mən həyatıma kimisə alacam dedim. O da "Yaxşı, ana, amma evlənmə. Amma kimin xoşuna gəlirsə, onunla ol” dedi. Sonra həqiqətən də həyatıma kimisə cəlb etmək istədim. Həmin gecə telefona gedə bilməməyim mənə çox təsir etdi. Kömək edəcək kimsə yox idi. Qorxdum bir az. 1-2 ildən sonra indiki həyat yoldaşımla görüşdük. İllər sonra ilk dəfə birindən xoşum gəldi. Mənə qayğı göstərmələri xoşuma gəldi. Açıq şəkildə ondan xoşum gəldiyini dedim. Çox təəccübləndi. Evlilik təklifini o etdi. Biz eyni yaşdayıq. 22 ildir bir evdə yaşayırıq. Biz söhbət edərkən birdən dedi ki, səninlə evlənək. Mən də hə dedim”, deyib.

Əfsanə
Manşet.az