Bu ölkə X qeyri-qanuni və zorakı yazıları ən çox blokladığı Avropa ölkəsi oldu

18:10 - 06 Noyabr 2023

Bu ölkə X qeyri-qanuni və zorakı yazıları ən çox blokladığı Avropa ölkəsi oldu

Avropa İttifaqı (Aİ) Komissiyasının Rəqəmsal Xidmətlər Qanunu (DSA) çərçivəsində məlumat tələbindən sonra X platformadakı məzmuna nəzarətlə bağlı şəffaflıq hesabatını dərc edib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 avqust və 20 oktyabr tarixlərini əhatə edən hesabata görə, platforma əsasən Fransadakı internet istifadəçiləri üçün şiddət və nifrət nitqinə qarşı silmə və dayandırma kimi nəzarət mexanizmlərini işlədib.

Bu tarixlər arasında Almaniyada 7 min 160, İspaniyada 7 min 743 yazı silindiyi halda, Fransada bu rəqəm 16 min 288 olaraq qeydə alınıb.

Platforma Fransada qadağan olunmuş məzmunun qarşısını almaq üçün 52 moderatordan ibarət komanda ilə işlədiklərini bildirib.

AB, İsrailin Qəzzaya hücumlarından sonra sosial mediada dezinformasiya, qeyri-qanuni və zərərli məzmuna görə X sosial media platforması Meta və TikTok-a qarşı Birliyin onlayn qaydalarına uyğunluqla bağlı araşdırma başladıb.

Avqust ayında qüvvəyə minən DSA ilə AB sosial media platformalarına sərt qaydalar gətirib.

Aİ qaydaları pozan rəqəmsal platformalar üçün qlobal dövriyyəsinin 6 faizinə qədər cərimə tətbiq edə bilər. Təkrar pozuntular halında, bu rəqəmsal platformaların Aİ-dəki fəaliyyətinə xitam verilə bilər.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az