ABŞ-ın keçmiş prezidenti Donald Tramp mülki fırıldaqçılıq işində şahid kürsüsündə olarkən hakimlə mübahisə edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, iş üzrə hakim Trampı “xarab kaset” adlandırıb.
Bankları aldatdığına dair iddiaları rədd edərkən ailə şirkətini müdafiə edən Trampın mütəmadi olaraq hakimlə mübahisə etdyi qeyd edilib.
Hakim Trampın şirkətinin saxtakarlıq etdiyinə qərar verib. Lakin Trampın cəzasının nə olduğuna dinləmələrin sonunda qərar verəcək. Prokuror Trampın daha yaxşı kredit sövdələşmələri və sığorta siyasəti əldə etmək üçün bəzi evlərini və torpaqlarını bilərəkdən şirkətin balansında daha bahalı göstərdiyini iddia edib. Prokurorlar 250 milyon dollar cərimə və onun biznesinə məhdudiyyətlər tələb edib.
Əfsanə
Manşet.az