İsrail oktyabrın 7-dən bu yana Qəzza zolağında xəstəxana və səhiyyə müəssisələrinə ümumilikdə 229 hücum həyata keçirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrailin Qəzza zolağında səhiyyə müəssisələrinə hücumları xəstələr və tibb işçiləri də daxil olmaqla 509 fələstinlinin ölümünə, 447 nəfərin yaralanmasına səbəb olub.
Qəzza zolağının şimalında bir çox xəstəxana boşaldıldığı halda, İsrail bəzi xəstəxanaların ətrafını da bombalayıb. Bəzi xəstəxanalar bombardman nəticəsində zədələndiyi və ya yanacağı bitdiyi üçün fəaliyyətini dayandırmalı olub.
Əfsanə
Manşet.az