Pakistanın Hayber Paxtunxva əyalətinin Dera İsmayıl Xan bölgəsində neft və təbii qaz şirkətinə silahlılar tərəfindən hücum təşkil edilib.
Manset.az Geo News televiziyasına istinadən xəbər verir ki, hücumda 2 polis ı həyatını itirib, 3 polis yaralanıb.
Səlahiyyətlilər hücumda ölən və yaralanan polislərin neft və təbii qaz şirkətinin təhlükəsizliyinə cavabdeh olduqlarını və silahlıların tutulması üçün əməliyyata başlanıldığını bildirib.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Bildirək ki, bu, silahlıların Dera İsmayıl Xan bölgəsində son 5 gündə həyata keçirdiyi 5-ci hücum olub.
Həmçinin bu il ölkədə, xüsusən də Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror aktları artıb.
İslamabad hücumların Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) tərəfindən planlaşdırıldığını və idarə olunduğunu iddia etsə də, Əfqanıstan bu iddiaları rədd edir.
Xeyber-Paxtunxva əyalətinin Hayber bölgəsində dünən başlayan qarşıdurmada 3 yaraqlı zərərsizləşdirilib, biri polkovnik-leytenant olmaqla 4 əsgər həyatını itirib.
Noyabrın 4-də Pəncab əyalətindəki Mianvali Hasa bazasına silahlıların hücumunun qarşısı alınıb və 9 yaraqlı zərərsizləşdirilib.
Noyabrın 3-də Hayber Paxtunxva əyalətində terrorçuların polis maşınına yerləşdirilmiş bomba hücumu nəticəsində 5 nəfər ölüb, 20 nəfər yaralanıb. Həmin gün Qvadar bölgəsində təhlükəsizlik qüvvələrini daşıyan 2 avtomobilə edilən hücumda 14 əsgər həyatını itirib.
Jalə
Manşet.az