Ukraynaya 11,8 milyard dollar yardım verməyə çağırdılar

19:53 - 07 Noyabr 2023

Ukraynaya 11,8 milyard dollar yardım verməyə çağırdılar

ABŞ-nin bir sıra departamentlərinin rəhbərləri, o cümlədən müdafiə naziri Lloyd Ostin, dövlət katibi Entoni Blinken və maliyyə naziri Canet Yellen ABŞ Konqresini Ağ Evin Kiyevə 11,8 milyard dollar ayırmaq tələbini təsdiqləməyə çağırıb.

 

Manset.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat verilib.

“Bu gün maliyyə naziri Canet Yellen, müdafiə naziri Lloyd Ostin, dövlət katibi Entoni Blinken və USAİD-in administratoru Samanta Pauer Konqresə məktub göndərərək, Konqresi Bayden Administrasiyasının Ukraynaya birbaşa büdcə dəstəyi üçün 11,8 milyard dollar tələbini təsdiqləməyə çağırıb”, - deyə departamentdən bildirilib.

Qeyd olunur ki, Kiyevə yeni dəstək paketi “qlobal çağırışlar dövründə ABŞ-nin milli təhlükəsizlik maraqlarını” təmin edəcək hərbi, iqtisadi və humanitar yardımlardan ibarət olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az