İngiltərədə iş adamı Riçard Hansonun 17 illik sürücüsü Allen Sikurella biznesmenin "Ferrari 458 Speciale" avtomobili ilə tura çıxmaq istəyən dostu Raymond Zarba "yox" deyə bilməyib.
Manset.az xarici mediaya istinadən məlumatına görə, dostuna güvənən sürücü peşman olub.
R.Zarb 380 min funt sterlinq dəyərində olan nəqliyyat vasitəsi ilə qəza keçirib. Nəticədə "Ferrari" yararsız hala düşüb.
R.Hanson hadisədən sonra sürücüsü Sikurellanı işdən qovub və onu məhkəməyə verib.
Biznesmen sürücüsündən həm avtomobilin pulu, həm də məhkəmə xərcləri olmaqla ümumilikdə 478 min funt sterlinq (təx.1 milyon AZN) təzminat tələb edib.
A.Sikurella isə qəza zamanı nəqliyyat vasitəsini heç kimə vermədiyini, onu özünün idarə etdiyini, dostunun sərnişin oturacağında oturduğunu deyib. Sürücü bildirib ki, qəzada avtomobilin yalnız sol tərəfinin əzilməsi onun iddiasını təsdiq edir.