Rusiya 2016-cı ildə hərbi əməliyyatı tənqid edən mahnısı ilə "Eurovision"un qalibi olmuş ukraynalı müğənni Susana Cəmaləddinovanı "ordunu gözdən saldığı" iddiası ilə "Axtarılanlar siyahısı"na salıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Susana Cəmaləddinova Rusiyanın 2014-cü ildə referendum yolu ilə Krımın öz ərazisinə birləşdirilməsinə və Ukraynaya qarşı hərbi əməliyyata qarşı çıxıb.
Susana Cəmaləddinova 1944-cü ildə Krım tatarlarının deportasiyasını tənqid edən "1944" mahnısı ilə 2016 Avroviziya mahnı müsabiqəsində iştirak edib. O müsabiqədə qalib gəldikdən sonra o vaxtkı Ukrayna prezidenti Petro Poroşenko tərəfindən "Xalq artisti" elan edilib.
Əfsanə
Manşet.az