10 gündü tuneldə qapalı qalan işçilərlə bu cür əlaqə yaradıldı

13:40 - 21 Noyabr 2023

10 gündü tuneldə qapalı qalan işçilərlə bu cür əlaqə yaradıldı

Hindistanın Uttarakhand ştatında tikilməkdə olan tunel noyabrın 12-də uçub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, tunelin uçması nəticəsində 41 işçi sıxılmış vəziyyətdə qalıb.

Ştat baş naziri Puşkar Sinq tuneldə qalan işçilərlə video danışıq apardıqlarını və vəziyyətlərinin yaxşı olduğunu bildirib.

Sinq, xilasetmə səyləri boyunca qida, su və oksigen üçün istifadə edilən böyük diametrli polad borular vasitəsilə endoskopik kamera sistemi qurduqlarını açıqlayıb. Qapalı qalan işçilərin sayının 41 nəfər olduğu bildirilib.

Əfsanə

Manset.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az