ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Boeing P-8 Poseidon" təyyarəsi eniş etdiyi Havay dəniz piyadaları bazasındakı uçuş-enmə zolağının üstündən keçərək Kaneohe körfəzinə düşüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, təyyarədə olan 9 donanma personalı sahilə çıxa bilib və qəza nəticəsində xəsarət alan olmayıb.
Əraziyə təcili yardım qrupları göndərilib.
Təyyarənin uçuş-enmə zolağından çıxmasının səbəbi hələlik məlum deyil. Təyyarənin dənizə düşdüyü əraziyə ətraf mühitin mühafizəsi məqsədilə üzən maneə qoyulub. Faktla bağlı istintaq hələ də davam edir.
Əfsanə
Manşet.az