Dilan Polat və Engin Polat cütlüyü çirkli pulların yuyulmasında ittiham edilərək həbs olunduqdan sonra onlarla eyni masada əyləşən digər fenomenlər də gündəm olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu fenomen cütlüklərdən biri Eylül Öztürk və həyat yoldaşı Barış Kenan Özkandır.
ABŞ-da yaşayan və gözəllik mərkəzlərinin sahibi Eylül Öztürk də “5 milyon dollar və ABŞ-da 11 ev” iddiasına sosial media hesabından cavab verib.
Öztürkün "Desəm mənə inanacaqsınızmı?" açıqlamasına heç kəs inanmayıb.
Eylül Öztürk ona qarşı irəli sürülən iddialara “Gündəmlə bağlı açıqlama verməmi gözləyirsiniz, dostlar, bəs mən hansı açıqlama verim? Verdiyim açıqlamanın bir təsiri olacaqmı? İnsanlar “yox, belə deyil, belədir” desəm, inanacaqlar? inanmayacaqlar. Mənim haqqımda şübhəsi olan bir izləyicim olsa, “yaxşı, belə deyil” desəm, inanarsınızmı? İndi bütün bu prosesə baxın, kimlər haqqında nə danışılıb, nələr edilib. Hamı çıxıb açıqlama verdi, inandılarmı? İnanmadılar. “Biz 5 evlə başladıq, sonra 24 ev oldu, sonra 11-ə düşdü” ifadələrini işlədib.
Əfsanə
Manşet.az