Hizbullah İsrail əsgərlərinin yerləşdiyi evi raketlə vurub.
Manset.az xəbər verir ki, bu barədə Hizbullah açıqlama verib.
Açıqlamada bildirilib ki, İsrailin bu gün Əl Mayadeen telekanalında çalışan 2 jurnalisti öldürməsinə cavab olaraq Əl-Manara qəsəbəsi yaxınlığındakı bir evdə yerləşdirilən İsrail əsgərlərinə hücum təşkil edilib.
Hücumun iki idarə olunan raketlə həyata keçirildiyi və hədəflərin tam dəqiqliklə vurulduğu qeyd edilib.
Jalə
Manşet.az