Pakistanda bombalı hücum və silahlı qarşıdurma: 1 əsgər həyatını itirdi

19:34 - 21 Noyabr 2023

Pakistanda bombalı hücum və silahlı qarşıdurma: 1 əsgər həyatını itirdi

Pakistanın Şimali Vəziristan bölgəsində bombalı hücum həyata keçirilərkən, Hayber Paxtunxva əyalətində qarşıdurma baş verib.

 

Manset.az xəbər verir ki, bu barədə Pakistan ordusu məlumat yayıb.

Qarşıdurma zamanı 1 əsgər həyatını itirib. Dera İsmayıl Xanda 2, Cənubi Vəziristanda isə 1 terrorçu zərərsizləşdirilib, çoxlu sayda silah-sursat ələ keçirilib.

Pakistan ordusu yaraqlıların hansı təşkilatın üzvü olduğu barədə məlumat paylaşmayıb.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az