Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İsrail və HƏMAS arasında əldə olunan 4 günlük humanitar atəşkəs razılaşmasını alqışladıqlarını bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zaxarova rəsmi Telegram hesabında yazılı açıqlama yayıb.
"Moskva İsrail və HƏMAS arasında 4 günlük humanitar yardım atəşkəslə bağlı əldə olunan razılaşmanı alqışlayır. Münaqişənin şiddətlənməyə başladığı gündən bəri Rusiyanın da tələb etdiyi budur."