Almaniya vizadan imtinaların sayını paylaşmadı - “İkitərəfli münasibətlərdə gərginlik yarada bilər”

13:53 - 22 Noyabr 2023

Almaniya vizadan imtinaların sayını paylaşmadı - “İkitərəfli münasibətlərdə gərginlik yarada bilər”

Türk vətəndaşlarına uzun müddətdir ən çox viza imtinası verən ölkələrdən biri Almaniyadır.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, keçən il Almaniyaya ən çox viza müraciəti Türkiyədən olub və Almaniya hökuməti “ikitərəfli münasibətlərdə gərginliyə səbəb ola biləcəyi” səbəbiylə rədd edilən viza müraciətlərinin sayını açıqlamayıb.

Beləki, ötən il viza mərkəzləri tərəfindən 1 milyon 260 nəfərə viza verilib. Türkiyə 214 min 944 müraciətlə birinci olub.

Federal hökumət viza müraciətləri rədd edilən və ya geri götürülmüş şəxslərlə bağlı ətraflı açıqlama verməyib. Almaniya hökuməti bu məlumatı “Yalnız rəsmi istifadə üçün” ifadəsi ilə təsnif edib və təfərrüatlı məlumatları yalnız parlament üzvlərinə təqdim edib.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az