Qəzzaya verdiyi dəstəyə görə yəhudi lobbisinin hədəfində olan məşhur iş adamı İlon Mask yeni addım atıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Mask “X” sosial şəbəkəsində etdiyi paylaşımda Qəzzaya kömək edəcəyini açıqlayıb.
Mask bildirib ki, X Corp, Qəzzadakı müharibə ilə bağlı reklam və abunəliklərdən əldə edilən bütün gəliri İsraildəki xəstəxanalara və Qəzzada Qırmızı Xaç/Aya bağışlayacaq.
Qeyd edək ki, Qəzzada hökumət İsrailin hücumlarında şəhid sayının 828 artaraq 14 min 128-ə yüksəldiyini açıqlayıb. O, şəhid olanlar arasında 5 min 840-nın uşaq, 3 min 920-nin qadın olduğunu açıqlayıb.
Əfsanə
Manşet.az