İsrail-Livan cəbhəsində gərginlik artdıqca ABŞ prezidenti Co Bayden baş məsləhətçilərindən biri Amos Hokşteyni Livanla müharibənin qarşısının alınması ilə bağlı danışıqlar aparmaq üçün İsrailə göndərib.
Manset.az-ın xarici mediaya istinadən məlumattına görə, səfər çərçivəsində Hokşteyni başda müdafiə naziri Yoav Gallant və Baş Qərargah rəisi Herzi Halevi olmaqla rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək.
ABŞ mətbuatında dərc olunan xəbərlərdə Bayden administrasiyasının “İsrailin Hizbullahı qəsdən təhrik etdiyi, Livan və ABŞ-ı müharibəyə çəkməyə çalışmasından” narahat olduğu iddia edilib.
Əfsanə
Manşet.az