Türkiyənin bu ərazisi fəlakət zonası elan edildi

21:10 - 22 Noyabr 2023

Türkiyənin bu ərazisi fəlakət zonası elan edildi

Türkiyənin sürüşmə və daşqınlardan zərər çəkən Zonguldak vilayətinin Ereğli rayonu bu gündən etibarən fəlakət zonası elan edilib.

 

Manset.az xəbər verir ki, bu haqda Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında yazıb.

Nazir açıqlamada 19 noyabr Zonguldak vilayətində yağan şiddətli yağışlardan sonra baş verən sürüşmə və sel fəlakətləri nəticəsində 133 damın uçmasının təsbit edildiyini bildirib.

Yerlikaya indiyə qədər 54 ev və 226 iş yerinin zərər gördüyünü qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az